Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim 3 azəbaycanlı fəalı Sulduzda yerləşən məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 3 azəbaycanlı fəal Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttarini  Sulduzda yerləşən  2 saylı məhkəməsinin 103-cü şöbəsinə çağırıb.

Elektron çağırışla məhkəməyə çağırılan fəallar aprelin 7-də təyin olunmuş şöbəyə müraciət etməlidir. 103-cü şöbədə azərbaycanlı fəalların rejim tərəfindən irəli sürülən “qanunsuz yığıncağa qatılmaq və başqalarını yığıncağa dəvət etməklə sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılacaq.

Çağırış vərəqəsində yazılıb: “Ulduz Qasiminin təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaratması və fəalların 2006-cı il may hadisələrinin 12-ci ildönümündə Sulduzun Qolzareşohəda qəbiristanlığında keçirilən toplantıya çağırış etmələri, irəli sürülən ittihama əsas verir”.

Qeyd edək ki, azərbaucanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda 2006-cı ildə Milli Qiyam zamanı öldürülmüş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə bağlı yaxalanmışdır. Fəalların əksəriyyəti yaxalandığı gün  buraxılsa da Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Yanvarın 16-da mədəni fəaliyyətinə görə hazırda Təbriz zindanında 7 aylıq həbs cəzasını çəkməkdə olan Əmir Səttariyə məhkəmə iclasına qatılmaq icazəsi verilməmişdir.

Azərbaycanlı fəal Ulduz Qasimi isə 2018-ci il noyabrın 10-da rejimin Sulduzda yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Məhkəmə hökmü daha sonra həbs cəzasını 50 milyon rial cərimə ilə dəyişdirib.

 

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın