İrqçi fars rejim ABŞ-a sülh üçün şərt irəli sürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə irqçi fars rejimin prezidenti Həsən Ruhani ABŞ-a sülh üçün şərt irəli sürərək deyib ki, əgər Vaşinqton Tehranla danışıqlar aparmaq istəyirsə, o zaman İrana qarşı bütün sanksiyaları ortadan götürməlidir.
“İranla sülh bütün sülhlərin, İranla müharibə bütün müharibələrin anasıdır”, – o çıxışı zamanı bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə İrana qarşı sanksiyaları sərtləşdirib. Belə ki, Vaşinqton sanksiyalar siyahısına İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin də adını əlavə edib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın