İrqçi fars rejim Azərbaycana qarşı Ermənistanla birgə modern silahlar istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019cu ilin, iyunun 25-də Rusiyada, paytaxt Moskvanın yaxınlığında yerləşən Kubinka oblastında “ARMY 2019” hərbi-texniki forumu keçirilib. Forumda əsasən KTMT üzvü olan dövlətlər yeni istehsal edilmiş hərbi sursat və məhsularını nümayiş etidirib. Qeyd edək ki, forumda müşahidəçi-qonaq qismində Azərbaycan da iştirak edib.

Forumda sərgilənən silahlar arasında Ermənistan istehsalı olan hərbi sursatlar diqqəti cəlb edib. Belə ki, Ermənistan PUA (pilotsuz uçan aparat), uçan mərmi, gecə görüş sistemləri kimi texniki silahlarından savayı hərbi-elektron lokasiya qurğusu olan– “NAİM-802” xüsusən də biz, azərbaycanlıların diqqətini cəlb etməyə bilməzdi.

Ermənistanla İranın birgə istehsalı olan “NAİM-802

Çünki Ermənistan Müdafiə Sənayesi Nazirliyi ilk dəfə idi ki, belə bir qurğu istehsal edirdi. Araşdırdıq və öyrəndik ki, “NAİM-802” sən demə Ermənistan və İranın birgə istehsal etdiyi radio-lokasiya qurğusudur. Bu qurğu radar sistemi rolunu oynayır. Quraşdırıldığı məntəqə üzərindən uçan bütün obyektləri və hədəfləri dəqiq nişanlayır.

Əldə etdiyimiz məlumatlara görə bu qurğunun vasitələri İrəvan Elmi Araşdırmalar İnsitutunda konstruksiya olunub. “NAİM-802” 24 saat ekipajsız fəaliyyət göstərə bilir. Ermənistan rəsmilərinin verdiyi açıqlamalara əsasən qeyd edə bilərik ki, Ermənistanın sözügedən radar sistemlərinə yiyələnməsindəki əsas məqsəd Qarabağ və Ermənistan səmasını Azərbaycan hərbi-aviasiyasının üzərinə tam bağlamaqdır.

İran-Ermənistan hərbi əməkdaşlığı

Bu tipli radar sisteminin Ermənistanın əlinə keçməsində, qonşu dövlət olan İran İslam Respublikasının böyük rolu və əməyi var. İranla Ermənistan arasında siyasi və iqtsiadi əməkdaşlıq Ermənistanın müstəqilliyi dövründən bu yana artan templə inkişaf edir. Lakin iki dövlət arasında hərbi əməkdaşlığın tarixi yenidir.

2016cı ildə Aprel məğlubiyyətindən sonra Ermənistan rəhbərliyi müdafiə sahəsində əsas problemi havadan müdafiə sistemlərinin çatışmaması gördü və bu geriliyin aradan qaldırılması üçün ilk müraciət etdiyi dövlət də, “qardaş” İran oldu.

 Belə ki, o dövrdə Ermənistan müdafiə nazirinin birinci muavini olmuş David Tonoyan 2016-cı ilin 24-25 may tarixlərində İranda rəsmi səfərdə olub. İranlı həmkarı Firuz Masix Purla görüşən Tonoyan hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi məsələsinə toxunub. Hətta tərəflər Tehranda yerləşən Malik Əjdər Texniki İnsitutuna da baş çəkiblər. Və burada Ermənistan və İran arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bir ay sonra müdafiə nazirləri səviyyəsində keçirilən toplantıda isə birgə memarandum imzalanıb. Qeyd edək ki, sözügedən memarandumun şərtləri və prinsipləri o dönəm gizli saxlanılırdı. Belə hesab etmək olar ki, sözügedən görüşlərdə yuxarıda qeyd etdiyimiz “NAİM-802”-nin birgə istehsalının təməlləri atılıb.

Belə bir radar sisteminin Azərbaycanla dost və əməkdaş dövlət olan İranın yardımları ilə Ermənistanın əlinə keçməsi sözün həqiqi mənasında Azərbaycan-İran münasibətlərinin yenidən düşünüb, təhlil edilməsini şərtləndirir. Çünki aprel zəfərindən sonra Azərbaycan ordusunun əsas hücum planı hava hücumuna istiqamətlənmişdi (ermənilərin hava hücumundan müdafiədə problemləri var idi). Sözügedən radar sistemi də Ermənistanın bu hücum planına reaksiya verməsi üçün şərait yaradacaq. Yəni, mahiyyət üzrə İranın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycanın torpaqlarını azad etmək və ya özünü müdafiə  etmək üçün həyata keçirəcəyi hava hücumlarını əngəlləməyi hədəfləyir. O zaman haqlı olaraq belə bir sual verə bilərik:

İran Azərbaycanın əlehinə niyə Ermənistanla hərbi əməkdaşlıq qurur?

Sözügedən suala İran tərəfindən bir çox cavablar verilə bilər. İlk bəhanələrdən biri də Azərbaycan və İsrail arasında olan hərbi əməkdaşlıq olacaqdır. Lakin Azərbaycan İsrailə radar və ya hava hücumundan müdafiə sistemləri satmır. İsrail Azərbaycandan aldığı sistemlərlə nə İran əsgəri öldürür, nə də onun hücumlarını əngəlləyir. Lakin İranın Ermənistanla birgə istehsal etdiyi radar sisteminin aşkarlayacağı hədəflər bizlərik, azərbaycanlılar, azərbaycanlı pilotlar

Bunlar qalsın bir yana, İran Bakı-Tiblisi-Qarsa qoşulmaq, Azərbaycanla iqtisadi əlaqələri daha da möhkəmlətmək və ən əsası ABŞ təhdidlərinə qarşı Azərbaycandan dəstək almaq istəyir, ancaq bunları istəyən İran Azərbaycanı dəstəkləmək bir yana dursun, birbaşa onun əlehinə siyasət yürüdür. Təsadüfi deyil ki, Azərbaycanın 1991-ci ildən bu yana ən çok siyasi konflikt yaşadığı ölkə İrandır. Lakin İlham Əliyevin əməkdaşlıq jestləri əsasında qurulan İran diplomatiyası sayəsində iki dövlət arasında olan gərginlik nisbətən azalmış və iqtisadi əlaqələr genişləndirilmişdi. Bununla birlikdə İlham Əliyevin bütün pozitiv jestlərinə rəğmən İran hələ də “əba altından zopa göstərməyə” çalışır. Azərbaycanın əməkdaşlıq çağırışlarına və layihələrinə İran, anti-Azərbaycan kompaniyalarını dəstəkləməklə cavab verir. 2001 krizisində Azərbaycan tankerinə atəş açan hərbiçiləri, Nardaran hadisələrində Azərbaycana qeyri-rəsmi notalar verən mollaları, Xəzər dənizində haqq iddia edən diplomatları, Xəzərə “Mazandaran gölü” deyən İran tarixçilərini hələ unutmamışıq.

İran bu gün Azərbaycan dostluğuna möhtac durumdadır. Bəsra körfəzindəki bütün dövlətlər, Avropa İttifaqı ölkələri hətta müttəfiqi Rusiya belə İranı ABŞ-a qarşı müdafiə etmədi. Hər keçən gün İranın əlehinə işləyir və embarqolar, sanksiyalar kölgəsində İran iqtisadiyyatı daha da geriləyir. Belə bir durumda İranın iqtsiadi cəhətdən əsas nəfəs koridoru Cənubi Qafqaz, Azərbaycandır. Belə hesab etmək olar ki, bu situasiyadan istifadə etmək və İranı ən azından Qarabağ konfliktində neytralalaşdırmaq zərurətə çevrilib. Və bu zərurəti reallaşdırmaq yumuşaq deyil, sərt diplomatiya əsasında mümkündür.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın