Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejim azərbaycanlı siyasi fəal Yusuf Karini 6 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin İnqilab Məhkəməsi Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Yusuf Karini şərləyərək 6 il həbs cəzasına məhkum edib.

Məhkəmə iclası dekabrın 10-da rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib. Fəala qarşı 6 il həbs hökmü isə Yusif Kariyə 17 dekabrda bildirilib.

Qeyd edək ki, azərbaycanlı fəal sentyabrın 3-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və sentyabrın 8-də ailəsi ilə qısa telefon söhbətində Ərdəbil həbsxanasına köçürüldüyünü bildirmişdi.

Azərbaycanlı fəalın ailəsi daha əvvəl məhkəmə tərəfindən fəallın zaminə buraxılması üçün müəyyənləşdirilmiş 50 milyon tümənlik vəsiqəni təmin etsə də, daha sonra vəsiqənin dəyəri 300 milyon tümənə yüksəldilmişdi. Ərdəbil İnqilab Prokurorluğu siyasi fəallın dosyesinin hazırlanmadığı bəhanəsi ilə zəmanətin qəbul edilməsindən imtina etməklə yanaşı, bir müddətdən sonra zəmanətin dəyərini yüksəltmişdi.

Rejimin azərbaycanlı fəalı şərləyərək “Təhlükəsizliyi pozmaq üçün iclaslarında davamlı iştirak etməklə qondarma etnik qrupuna üzv olmaq” və “sistemə qarşı təbliğat aparmaq”da ittiham etmiş və həmin ittihamlarla azərbaycanlı siyasi fəal Yusuf Kari sıra ilə 5 il və 1 il həbs cəsazına məruz qalıb. Rejimin Yusuf Karini GAMAC təşkilatına üzv olmaqla suçladığı bildirilir.

Yusuf Kari Ərdəbilin Şəriəti Meydanında rejimin təhlükəsizlik qüvvələri tərəfindən tutularaq bir müddət dindirildikdən sonra Ərdəbil həbsxanasına köçürülmüşdü. O həmçinin, keçən il bir neçə digər siyasi fəal ilə birlikdə Savalan dağında təşkil edilən mərasimdə saxlanılmış və bir neçə saatdan sonra sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın