İrqçi fars rejim azərbaycanlı fəal Rəhim Qulami həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami Ərdəbildə həbs etdi.

Azərbaycanlı fəal sentyabrın 17-də rejimin Ərdəbldə Həbsləri İcra edən Şöbəsinə müraciət etdikdən sonra bu şəhərdə mərkəzi zindanına salınıb.

Azərbaycanlı fəal şərlənərək Xomeynini təhqir etməkdə günahlanıdrılaraq, rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Rejimin Apellyasiya Məhkəməsi də hökmü olduğu kimi qüvvədə saxlayıb.

 Azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın