İrqçi fars rejim azərbaycanlı fəal Rza Vasiqini həbsə atdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin saxta ittihamlarla həbsə məhkum edilmiş azərbaycanlı fəal Rza Vasiqini zindana salınıb. Fəal hökmləri icra edən orqana müraciət etdikdən sonta həbs cəzasını çəkmək üçün zindana salınıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin birinci şöbəsi Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

Qeyd edək ki, Rza Vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə iyunun 10-da öz iş yerlərində rejimin məmurları tərəfindən vəhşicəsinə döyülərək yaxalanmışdır. Fəalların hər biri daha sonra 110 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar zaminə buraxılandan sonra onların işgəncə edildiyi məlum oldu və işgəncə izlərinin şəkilləri də yayıldı.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın