Cümə axşamı , Mart 28 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Siyamək Mirzaini həbsdə şərləyib yenidən həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəal və siyasi məhbus Siyamək Mirzaini Evin zindanında həbsdə olduğu dövrdə şərləyib yenidən həbsə məhkum etmişdi.

Tehran İnqilab Məhkəməsi artıq Siyamək Mirzayinin bu şərlənmə ilə bağlı etirazını da rədd edib.

Hazırda Cənubi Xorasan vilayətinin Qain şəhərində sürgündə yaşayan siyasi fəal qiyabi olaraq mühakimə edildiyi məhkəmənin keçən ilin dekabr ayında çıxardığı hökmə etiraz bildirmişdi.

Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Siyamək Mirzayinin həbs hökmünü bir ay artırıb. Yeni hökmə görə, azərbaycanlı fəal bir il 10 gün həbs və əlavə olaraq 2 il ölkə xaricinə çıxış yasağı, habelə ictimai-siyasi qruplara üzv olmaqdan məhrum olma cəzasına məhkum edilib.

Hökmə iddia edilib ki, Siyamək Mirzayi “həbsdə ikən etdiyi qanunsuzluqlar” səbəbilə “rejimə qarşı təbliğat”-da günahlandırılıb.

Qeyd edık ki, Məhkəmə Siyamək Mirzayinin 2016 iyun ayından 2019 iyul ayına qədər Tehranın Evin Həbsxanasında keçirdiyi həbs müddətində tapdanan hüquqları üçün aclıq aksiyası keçirməsi və prokurora haqsızlıqlarla bağlı açıq məktub unvanlamasını “qanunsuz fəaliyyət” olaraq dəyərləndirib.

“Müttəhimin etirazı dosyedə mövcud olan dəlilləri rədd etmir. Əlavə olaraq, bir şəxsin həbsdə olması onun qanunsuzluq etməsinə mane olmaz. Müttəhimin prokurora məktub ünvanlaması, həmçinin aclıq aksiyası keçirməsi İslam Respublikasına qara yaxmaq məqsədilə təsis edilmiş düşmən mediada yayılıb. Onun yazdığı məktub sosial mediada eynən nəşr edilib,” Hakim İman Afşarinin imzaladığı sənəddə yazılıb.

Siyamək Mirzayi 2016-cı ilin iyun ayında Güney Azərbaycanın Muğan bölgəsində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Tehranın Evin həbsxanasına göndərildi. Məhkəmə tərəfindən 3 il həbs və 2 il sürgünə məhkum olunan milli fəalın həbs müddəti 2019-cu ilin iyun ayında tamamlansa da, o, bir ay təxirlə iyul ayında sərbəst buraxıldı.

Milli fəal 2019-cu il iyul ayının 28-də sərbəst buraxıldıqdan sonra Cənubi Xorasan vilayətinə sürgünə göndərildi və hazırda həmin vilayətin Qain şəhərində yaşayır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın