Çərşənbə , Aprel 24 2024
azfa

İrqçi fars rejim azərbaycanlı siyasi məhbus Əmir Səttarinin məzuniyyət haqqını ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejim Təbriz zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əmir Səttarinin məzuniyyət haqqını ləğv etdi. Zindanın məsulları tərəfindən də təsdiq edilən məzuniyyət haqqı rejimin sırf təhlükəsizlik orqanlarında müavin işləyən Fazilnianın göstərişi ilə ləğv edilib.

Rejimin məmurları hətta azərbaycanlı siyasi məhbusun qanuni haqqını tələb etmək məqsədilə məhkəməyə müraciət edən fəalın atasını da təhqir ediblər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Əmir Səttari rejim tərəfindən şərlənərək milli təhlükəsizliyə qarşı çıxmaqda ittiham edilərək 7 ay həbsə məhkum edilib. O hazırda həbs müddətini keçirməkdədir.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın