İrqçi fars rejim azərbaycanlı yazıçı, şair və fəal Rəhim Qulamiyə 1 il həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulamini 2019-cu il iyunun 16-da 1 il həbs cəzasına məhkum edib.

İrqçi rejim 2019-cu il iyunun 3-də Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında azərbaycanlı fəalı “sistemin əleyhinə təbliğat aparmaq, GAMAC təşkilatına üzv olmaq və rejimin rəhbərini təhqir etmək”də ittiham edib.

Azərbaycanlı fəal irəli sürülən bütün ittihamları rədd edib və bildirib ki, ETTELAAT İdarəsinin nəşrə hazır olan elmi əsərini götürməsinə haqq qazandırmaq üçün belə bir əsassız ittihamlar irəli sürüb. Fəal deyib ki, belə saxta ittihamların əsas hədəfi Azərbaycanda sivil hərəkat olan Azərbaycan Milli Hərəkatını radikal hərəkat kimi təqdim etməkdir.

Qeyd edək ki, Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın