Çərşənbə axşamı , Aprel 23 2024
azfa

İrqçi fars rejim Babək Qalası Qurultayına mane olmaq üçün minlərlə azərbaycanlı fəalı hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Babək Qalası Qurultayına mane olmaq üçün Güney Azərbaycanın müxtəlif bölgələrindən minlərlə azərbaycanlı fəala zəng edərək hədələyib.

Rejimin zəng edərək çağırıb hədələdiyi fəallar arasında Səid Minai, Hamid Yeganəpur, Əşkan Səadətmehr və başqaları da vardır.

Rejimin ETTELAAT İdarəsinin məmurları azərbaycanlı fəalları hədələyiblər ki, onlar Babək Qalası Qurultayında iştirak etməsinlər.

Dünən iyunun 4-də Marağa Şəhər ETTELAAT İdarəsindən azərbaycanlı fəal mühəndis Hamid Yeganəpurla telefon əlaqəsi saxlayaraq ona Babək Qalası Qurultayına qatılmaqla bağlı xəbərdarlıq ediblər. Azərbaycanlı fəala deyiblər ki, qurultaya onun üçün yaxşı nəticə verməz və o bu şəkildə müəyyən problemlərlə qarşılaşa bilər.

Mühəndis Yeganəpur isə rejimin ETTELAAT məmurlarının cavabında deyib: “Mən sizin verdiyiniz məsləhətlə yaşamıram. Xahiş eliyirəm bir daha mənə zəng etməyin. Mən tamami ilə qanun çərçivəsində fəaliyyət göstərirəm və heç bir qanun pozuntusuna yol verməmişəm. Yalnız qanunu pozduğum halda siz məni yaxalayıb və ya dediyiniz şəkildə problem yarada bilərsiniz.”

Binabdan azərbaycanlı milli-mədəni fəal Səid Minayi, Urmiyadan azərbaycanlı fəal Əşkan Səadətmehrdə rejimin məmurları tərəfindən hədələnib. Rejimin məmurları onlarla fəalı da SMS-lər göndərməklə hədələyiblər.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın