İrqçi fars rejim ballistik raketi sınağı keçirdiyini boynuna aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim bir müddət əvvəl ballistik raketlərinin yeni sınağını keçirdiyini boynuna alıb.

Məlumatı rejimin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə yayıb.

“Biz raket sınaqları keçiririk. Sonuncu test buraxılışımız vacib əhəmiyyət daşıyıb. Hər il İran öz raketlərinin 40-50 buraxılışını gerçəkləşdirir. ABŞ hökumətinin reaksiyası göstərir ki, bu mövzu onlar üçün çox vacibdir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo İranın yeni ballistik raket sınağının Avropa üçün təhdid olduğunu açıqlamışdı.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın