Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejim böyük dövlətlərin təhdidinə baxmayaraq nüvə fəaliyyətinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim böyük dövlətlərin təhdidinə baxmayaraq nüvə fəaliyyətinə başlayacağını açıqladı. Rejimin prezidenti Həsən Ruhani deyib ki, İran zənginləşdirilmiş uranın səviyyəsini 3,67-ə çatdıracaq.

Ruhani bildirib ki, artım iyulun 7-dən etibarən başlayacaq.

“Nüvə sazişinə bağlı qalan tərəflər verdikləri vədi yerinə yetirməsələr, Araq Nüvə reaktoru keçmişdəki fəaliyyətinə yenidən başlayacaq”,- Ruhani qeyd edib.

Bildirib ki, razılaşmanın digər tərəfləri vədlərinə sadiq qalsa, İran da öhdəliklərini yerinə yetirəcək.

İrqçi rejimin prezidenti, həmçinin, Avropa və ABŞ-a müzakirə çağırışı edib.

Qeyd edək ki, irqçi fars rejim mayın 8-də ABŞ-ın sanksiyalarına qarşı zənginləşdirilmiş uranın həcmini artıracağını açıqlamışdı.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın