Cümə axşamı , Mart 28 2024
azfa

İrqçi fars rejim Cəfər və Milad İsmayılzadələri müvəqqəti zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ata və oğul olan Cəfər və Milad İsmayılzadələri müvəqqəti zaminə buraxdı. Fəalların hər biri 50 milyon tümənlik mülki vəsiqə girov qoymaqla müvəqqəti zaminə buraxılıblar.

Qeyd edək ki, keçən çərşənbə irqçi fars rejimin terrorçu Sepah Təşkilatı İsmayılzadə ailəsinin Təbrizdə iş yerinə hücum edərək, ata və oğul İsmayılzadələri yəni Cəfər İsmayılzadə və Milad İsmayılzadəni yaxalamışdılar.

Rejimin təhlükəsizlik qüvvələri isə azərbaycanlı fəalları yaxaladıqdan sonra İsmayılzadə ailəsinin şəxsi evinə hücum edib və ailəni hədə-qorxu ilə qorxutmaqla evdə axtarış aparmış və fəalların ləptap, kitablar və digər əşyalarını müsadirə edib, aparmışdılar.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın