İrqçi fars rejim Dünya Ana Dili Günü mərasiminə qatılan azərbaycanlı fəalları həbs və sürgünə məkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranda yerləşən Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi Dünya Ana Dili Günü mərasiminə qatıldığı üçün yaxalan azərbaycanlı fəalları həbs və sürgünə məhkum edib.

Rejimin məhkəməsi  mərasimdə iştirak edən azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlının hər birinə 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Məhkəmə hökmü, yanvarın 20-də Apellyasiya Məhkəməsinə çağırılan fəalların vəkili Seyid Məhəmməd Fəqihiyə elan olunub.

Azərbaycanlı fəalların apellyasiya məhkəməsi 2019-cu il dekabrın 23-də rejimin Tehranda Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində keçirilib.

Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildiriblər. Azərbaycanlı fəallar vurğulamışdır ki, məhkəmənin verdiyi qərar İranın qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.

Qeyd edək ki, Güney azərbaycanın Mərənd şəhərində doğulan milli-mədəni fəal Əlirza Fərşi yanvarın 8-də Tehranda öz iş yerində rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb. Hazırda Tehranın Evin zindanında saxlanılan fəalın nə səbəbdən tutulduğu məlum deyil.

Azərbaycanlı fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdir:

Əlirza Fərşi 15 il həbs və 2 il Xuzistan Əyalətinin Bağməlik şəhərinə sürgün edilmə hökmü ilə üzləşmişdir. Əkbər Azad 10 il həbs və 2 il İlam Əyalətinin Dərreşəhr şəhərinə sürgün edilmə hökmü ilə üzləşmişdir. Behnam Şeyxi 10 il həbs və 2 il Xuzistan Əyalətinin “Məscid Süleyman” şəhərinə sürgün edilmə cəzası ilə üzləşmişdir. Həmid Manafi Nadarlı 10 il həbs və 2 il Loristan Əyalətinin Azna şəhərinə sürgün edilmə cəzası ilə üzləşmişdir.

Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarli daha 3 azərbaycanlı fəalla birlikdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün yaxalandıqdan bir müddət sonra vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın