İrqçi fars rejim enerji subsidiyasını ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim əhalinin verilən subsidiyaları ləğv edir. İranın üç ali orqanının başçılarının Yüksək Koordinasiya Şurası 21 sentyabr şənbə günü enerji subsidiyasının ləğvi ilə bağlı qərarlar qəbul edib.

İclasda Planlaşdırma və Büdcə Təşkilatı “ölkənin iqtisadi vəziyyətinə uyğun olaraq enerji daşıyıcılarının qiymətlərinin müəyyən edilməsi mexanizmi” mövzusunda hesabat təqdim edib və “lazımı qərarlar enerji sektorunun nisbi üstünlüyündən optimal istifadəsi əsasında ölkə iqtisadiyyatında dəyər zənciri əsasında qəbul edilib”.

İran Prezidentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında qərarın təfərrüatları qeyd edilməyib və bu məsələdə yalnız prezident Həsən Ruhaninin sözlərinə toxunulub.

Ruhani bildirib: “Qiymətlərin hər hansı struktur dəyişikliyindən əldə olunan istənilən dividentlər az gəlirli və sabit gəlirli insanlara yönləndirilməlidir ki, inflyasiya dəyişikliyi ilə əlaqədar alıcılıq qabiliyyətinin azalması mümkün qədər kompensasiya edilsin”.

Fars agentliyi də adı çəkilməyən bir dövlət rəsmisinə istinadən bu qərarlardan birinin “gizli subsidiyalara aid olduğu”nu bildirib.

“Gizli subsidiya bir şəkildə idarə olunmalı və vəziyyətinə aydınlıq gətirilməlidir”,- deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl də enerji subsidiyalarının ləğvi ilə bağlı gizli iclaslar keçirilib.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın