Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejim Güney Azərbaycanda tarixi abidələri özəlləşdirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda hər vasitə ilə Azərbaycanın tarixi abidələrini məhv etməyə çalışan irqçi fars rejim bu dəfə Göycəbel, Cananlı Karvansarayı və Nasehzadə Evi tarixi abidələrini özəlləşdirib.

Bu barədə Şərqi Azərbaycanda Mədəni İrs, Turizm və Əl işləri İdarəsinin Baş direktoru Həmzəzadə bu barədə açıqlama verib.

Həmzəzadə qeyd edib: “Tarixi binaların istismarçısının dəyişdirilməsi və yenidən dirçəldilməsi turizm infrastrukturunu gücləndirəcək və bu ərazinin çiçəklənməsinə səbəb olacaq.”

O, həmin tarixi binaların özəl sektora verilməsini Tarixi Məkanların Bərpası və İstismarı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini və bununla bölgədə turizmi gücləndirəyə çalışdıqlarını iddia edib.

Həmzəzadə həmçinin deyib ki: “Qeyd olunan binaların müəyyən bir müddətə özəl sektora verilməsi, gəlir və məşğulluq yaradılması ilə birlikdə tarixi abidələrin daha yaxşı qorunması üçün zəmin yaradacaq.”

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanda məqsədyönlü şəkildə tarixi abidələri dağıtmağa çalışır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın