İrqçi fars rejim Güney Azərbaycanın zəlzələ bölgəsinə yardım göstərmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın zəlzələ bölgəsinə lazımı səviyyədə yardım göstərmir. Evləri dağılan əhaliyə çadır, kaneks və qızdırı vasitələr də verilmir. Bu isə əhalinin haqlı etirazına səbəb olub. Dünən Türkmənçay bölgəsində rejimin laqeydliyinə qarşı etiraz aksiyası keçirib.

Rejimin məclisindəki bəzi millət vəkilləri də bu haqsızlığa etiraz ediblər. Məclisdə Sarab şəhərindən millət vəkili Yusif Davudi lazımi yardımın edilmədiyinə etiraz edərək deyib ki, Sarab və zəlzələ baş verən ərazilərdə çox sayda uşaq soyuqda qalıb və kütləvi şəkildə soyuqlayıblar.

 Davudi Şərqi Azərbaycan valiliyinin Fövqəladə Hallar Xidmətinin iclasında deyib ki, “Sarab şəhərinin zəlzələyə məruz qalan ərazilərinin hava şəraiti səbəbindən insanlar kəskin xəstələnib və xəstələrə baş çəkmək üçün bizə ən azı 7-8 ümumi həkim heyəti lazımdır”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın