Çərşənbə , Yanvar 22 2020
azfa

İrqçi fars rejim həbs etdiyi Yusif Karini Ərdəbildə yerləşən zindanına köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbs etdiyi Yusif Karini rejimin Ərdəbildə yerləşən zindanına köçürüb

Bu barədə azərbaycanlı fəal ailəsi ilə qısa telefon əlaqəsiində məlumat verib.

Fəal sentyabrın 8-də günortadan sonra Ərdəbilin “Şam əsbi” məhəlləsində yerləşən zindanın müvəqqəti saxlanma təcridxanasına aparılıb.

Yusif Kari şərlənərək “Sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

Azərbaycanlı fəalın ailə üzvləri məhkəməyə müraciət etdikdən sonra onun zaminə buraxılması üçün barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarının çıxarıldığını öyrəniblər. Onların sözünə görə, dosye təkmilləşdirilmədiyi üçün hakim vəsiqəni qəbul etməkdən imtina edir.

Qeyd edək ki, azərbaycanlı fəal Yusif Kari semtyabrın 3-də Ərdəbilin Şəriəti meydanında rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

Yusif Kari keçən il Babək Qalası və Savalan dağı mərasimlərində yaxalamıb və bir müddət sonra sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi buz anbarı yox olmaqla qarşı-qarşıyadır

GADTB-nin Mətbuat Mərkəzinin aznews-a istinadən yaydığı məlumata görə, Azərbaycanın tarixi sərvətlərindən olan Həmədanın Mir Fəttah …

Bir milyondan çox müsəlmanın ölümünə səbəb olmuş Xomeynini iraqlı müsəlmanlar belə cəzalandırdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, riyakarlıq və avam insanları aldatmaqla hakimiyyətə gələn və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir