İrqçi fars rejim həbs etdiyi azərbaycanlı fəal Səhənd Məaliyə təzyiqləri artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Sarab şəhərinin həbsxanasında həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Səhənd Məaliyə təzyiqləri artırıb.

Fəala ailəsi ilə telefon əlaqəsinə də icazə verilmir. O artıq 13 gündür ki, telefondan istifadə edə bilmir. Fəaldan heç bir məlumatın olmaması onun ailəsi və yaxınlarının nigaranlığına səbəb olub.

Qeyd edək ki, Sarab sakini olan Səhənd Məali zindanda 10 aylıq həbs cəzasını çəkməkdədir. O 2019-cu il mayın 2-də öz iş yerində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalandıqdan sonra həbsxanaya salınıb.

Şahidlərin dediyinə görə, fəal yaxalanarkən azyaşlı bacısı uşağının gözü qarşısında təhqir olunub və vəhşicəsinə  döyülüb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın