Cümə axşamı , Aprel 25 2024
azfa

İrqçi fars rejim hücum qorxusundan Avropanı əfqan qaçqınlarla hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim hücum qorxusundan Avropanı əfqan qaçqınlarla hədələyib. Məsələyə reaksiya verən Almaniyanın Azad Demokrat Partiyasının parlament fraksiyasının lideri Xristian Lindner deyib ki, Almaniya yeni qaçqın dalğasının olacağından narahatdır.

Onun sözlərinə görə, vəziyyətin gərgin olmasının əsas səbəbi ABŞ və İran arasında mövcud nüvə qarşıdurmasıdır.

Lindnerin sözlərinə görə, İran açıq şəkildə Avropa Birliyini ərazisində olan milyonlarla əfqan qaçqını ora göndərməklə təhdid edir. Belə kütləvi köç zamanı bir qayda olaraq əsas missiya Almaniyanın üzərinə düşür.

Siyasətçi bildirib ki, 2015-ci ilin yayında Suriya münaqişəsi ilə əlaqədar yaşanan vəziyyət  indi İranda baş verənlərə görə təkrarlana bilər.

Federal hökumətin məlumatına görə, hazırda İranda təxminən 3 milyon əfqan qaçqın var. Onların 2 milyonunun daimi iş yeri var, cəmiyyətə inteqrasiya olunmuş hesab edilirlər. Bir milyonu isə həmin ölkəni hər an tərk edə bilər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın