İrqçi fars rejim məqsədli şəkildə azərbaycanlı investorları Güney Azərbaycandan uzaqlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim Güney Azərbaycanı geri saxlamaq və kürdləşdirmək məqsədilə azərbaycanlı investorları Güney Azərbaycandan uzaqlaşdırır.

Rejim bu plan çərçivəsində Sulduzun Şeyx Məruf  Müalicəvi Turizm Mərkəzinin azərbaycanlı investorunu bu mərkəzi satmağa məcbur edib.

Bunun səbəbi isə layihənin təkmilləşdirilməsi üçün lazım olan kreditin qəsdən verilməməsidir.

Alıcı qismində isə kürdlər həmin plan çərçivəsində bu mərkəzi almağa cəlb edilir.

Qeyd edək ki, Sulduzun Şeyx Məruf Müalicəvi Turizm Mərkəzi bölgənin turizm simvoluna çevrilməsi planlaşdırılmışdı. Lakin irqçi fars rejim bu mühüm mərkəzin azərbaycanlıların əlindən çıxmasına cəhd göstərir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın