İrqçi fars rejim Mehdi Kuxian mıhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxianı Məlikanda yerləşən inqilab məhkəməsinə çağırdı.

Rejimin azərbaycanlı fəala göndəridiyi çağırış vərəqəsində ondan 5 gün ərzində məhkəməyə müraciət etməsi istənilib.

Qeyd edək ki, azərbaycanlı fəal Mehdi Kuxian sentyabrın 1-də məzuniyyət məqsədi ilə Marağa zindanından müvəqqəti sərbəst buraxılıb.

Fəalın məhkəməyə çağrılması onun həbs müddətində keçirdiyi uzunmüddətli aclıq aksiyası ilə bağlı olduğu ehtimal edilir və hələlik fəala qarşı irəli sürülən ittihamlar məlum deyildir.

Kuxian Güney Azərbaycanın Məlikan şəhərinin tanınmış milli-mədəni fəallarından və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiridir. O Azərbaycan türk millətinin hüquqları uğrunda fəaliyyətlərinə görə dəfələrlə həbs və işgəncələrə məruz qalıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın