İrqçi fars rejim neft qaçaqmalçılığına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimə məxsus “Adrian Darya” tankeri Suriyaya neft daşıyır. Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo Tvitter hesabında yazıb.

“İranın Xarici İşlər naziri Cavad Zərifin Britaniyaya söz verməsinə baxmayaraq, tanker hazırda Suriya sahillərinə neft çatdırıb”, – Pompeo bildirib.

Üstəlik Səudiyyənin neft mərkəzlərinə terror hücumu təşkil edən irqçi rejim özünün neft obyektlərinin təhlükəsizlik tədbirlərini gücləndirib.

Rejimin Neft naziri Bijan Namdar Zəngən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda jurnalistlərə açıqlamasında deyib.

“Bəli, biz həmişə çox diqqətli olmalıyıq. Ümid edirəm ki, Fars körfəzi ölkələri regionda gərginliyi artırmaq yox, azaltmağa çalışırlar”, – deyə iranlı nazir bildirib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın