İrqçi fars rejim nüvə fəaliyyəti barədə hesabat təqdim edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim iyunun 17-si nüvə razılaşması çərçivəsində öhdəliklərin azaldılması barədə hesabat təqdim edəcək. Bu barədə rejumun Nüvə Enerjisi üzrə Təşkilatından bildiriblər.

Məlumatda deyilir: “İranın Nüvə Enerjisi üzrə Təşkilatı sabah Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərinin azaldılması üzrə birinci addım barədə hesabat təqdim edəcək”.

Bildirilir ki, hesabatda zənginləşdirilmiş uran ehtiyyatları, o cümlədən ağır su istehsalının artırılması barədə məlumat olacaq: “Bu hesabatda öhdəliklərin azaldılması üzrə ikinci fazaya keçid üçün atılan addımlar bəyan ediləcək“.

Rejim əslində beləliklə nüvə sazişindən çıxdığını təsdiq etmiş olur.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın