İrqçi fars rejim nüvə ilə Avropanı hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaizi Avropanı nüvə sazişilə hədələyərək deyib ki, İngiltərə, Fransa və Almaniya Mübahisələrin Həlli Mexanizmini BMT Təhlükəsizlik Şurasına aparsa, İran Birgə Hərtərəfli Fəaliyyət Planından çıxa bilər.

Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlama verən Vaizi nüvə sazişindən çıxmağın İranın atacağı addımlardan sadəcə biri olduğunu qeyd edib.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı 2017-ci ildə 122 ölkənin dəstəyi ilə 6 ölkə arasında imzalanmışdı. Nüvə silahı sahibi olan BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, İngiltərə, Rusiya, Fransa və Çin razılaşmaya qarşı çıxmış və müzakirələrlə səsverməyə qatılmamışdı.

İngiltərə, Almaniya və Fransa Xarici İşlər nazirləri bu ilin 14 yanvarında verdiyi ortaq açıqlamada İranın sazişdəki öhdəliklərini yerinə yetirmədiyi üçün Mübahisələrin Həlli Mexanizmini işə salacaqlarını bəyan etmişdilər.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın