İrqçi fars rejim pəhləvi dövründ Kərəc və Abyekin türkcə adlarını dəyişdirib – Sənəd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim hələ Rza xanın hakimiyyətə gəlməsindən bu yana Güney Azərbaycanın tarixi ərazilərində türkcə şəhərvə kənd adlarını dəyişməklə Azərbaycan türk millətini assimilyasiyaya uğradıb, Azərbaycan ərazilərini mənimsəməyə çalışıb. Bu yaxınlarda İranın Maarif, Vəqflər və İncəsənət Nazirliyinə aid bir sənəddə 1938-ci ildə Kərəc, Abyek  və Bisimin türkcə adlarınln dəyişdirildiyi öz əksini tapıb.

Sənəddə nazirliyin sərəncamı ilə:

Qışlaq adının Abyekə,

Yengi İmam məntəqəsinin adının Kərəcə,

Qəsri-Qacariyyənin isə Bisimə dəyişdirilməsi əks olunub.

Rza Pəhləvinin hakimiyyəti  dövrünə aid olan sərəncamda bütün dövlət işçilərinin yazışmalarında yeni adlardan istifadə etmələri göstəriş verilib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın