Şənbə , İyul 11 2020
azfa

İrqçi fars rejim qadınların stadiona girişinə qadağanın FIFA-ya dəxli olmadığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim qadınların stadiona girişinə qadağanın dünyada futbol təşkilatı FIFA-ya dəxli olmadığını bildirib. Bunu İranın baş prokuroru avqustun 7-də deyib.

“Qadınlar stadionda futbol azarkeşləri arasındadır, yoxsa yox, bunun FIFA-ya qətiyyən aidiyyatı yoxdur”, ISNA xəbər agentliyinin yazdığına görə, Mohammad Montazeri vurğulayıb.

O sual edib ki, FIFA nə vaxtdan İrandakı qadınların qeydinə qalır?

İran qadınların stadionlara buraxılmasına 40 ilə yaxındır qoyulmuş qadağanı qaldırmasa, Dünya Kubokunun təsnifat oyunlarına buraxılmaya bilər.FIFA Prezidenti Qianni İnfantino İranın futbol federasiyası olan FFIRI-yə iyulun 15-dək vaxt verib ki, qadınları 2022-ci il Dünya Kubokunun təsnifat yarışlarına buraxsın.

Həmin ilin sentyabrında keçiriləcək turnirə Qətər ev sahibliyi edəcək.

İnfantino deyib ki, qadınlar oyunlara baxmağa layiqdir, çünki “bütün dünyada bunu qadınlara borcluyuq, həm də bunu etməyə məsuliyyət daşıyırıq, FIFA nizamnaməsinin əsas prinsiplərinə uyğun olaraq bu gerçəkləşməlidir”.

FIFA nizamnaməsinə uyğun olaraq, qadınlara stadion qadağası götürülməsə, İran təsnifat oyunlarından kənarda qala bilər.

1979-cu il islam inqilabından iki il sonra qadınların stadionlara girişinə qadağa qoyulmağa başladı. Ultra-mühafizəkar ruhanilər bunu qadınları coşqun kişi azarkeşlərdən, onların kəskin leksikonundan qorumaqla izah edib.

Həmçinin yoxlayın

Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Abbas Lisaniyə qarşı həbs qərarını pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Sadıq Rəcəbian Təmək, …

ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün koronavirusla bağlı yalanlarını açdı

Ölkədən qaçan bir Çin viroloqu ÇXR səlahiyyətlilərini koronavirus gizlətməkdə günahlandırır. Qadın iddia etdiyi kimi, “itkin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir