Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejim Səhənd Məalini şərləyərək daha 1 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Səhənd Məalini şərləyərək daha 1 il həbsə məhkum edib.

Məlumata görə azərbaycanlı fəal yaxalanarkən irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyüldüyü üçün müqavimət göstərməyə məcbur. İndi rejim döyülən fəalı müqavimət göstərdiyi üçün heç bir günahı olmadan 1 il əlavə həbsə məhkum edir.

Rejimin Sarab şəhərində yerləşən zindanında həbsdə olan azərbaycanlı fəal ailəsi ilə qısa telefon əlaqəsində daha 1 il həbs və nağd cərimə cəzasına məhkum edildiyini bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal Səhənd Məali mayın 2-dən rejimin Sarabda yerləşən zindanında məhkum edildiyi 10 aylıq həbs cəzasını çəkməkdədir.

Rejimin məhkəməsi rejimin təhlükəsizlik orqanlarının qurama planı ilə üzə duranların yalan şahidliyi təşkil edilərək daha bir il həbsə məhkum edilib.

Son dövrlərdə irqçi fars rejim Güney Azərbaycana qarşı represiya siyasətini gücləndirmiş və çox sayda azərbaycanlı fəalı şərləyərə uzunmüddətli həbslərə məruz qoymuş, həbsə salınmış fəalların isə saxta ittihamlarla həbs müddəti artırılır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın