Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejim Tehranda azərbaycanlı fəal Əkbər Nəimi yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən yanvar ayının 22-də irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi Tehranda yaxalayıb.

Rejimin təhlükəsizlik qüvvələri dünən səhər saatlarında fəalın Tehranın hava limanında yerləşən iş yerinə hücum edərək onu yaxalayıb və naməlum istiqamətə aparıblar.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri Əkbər Nəimini yaxaladıqdan sonra onunla birlikdə evinə müraciət edib, fəalın bir neçə şəxsi əşyasını müsadirə ediblər.

Qeyd edək ki,  Əkbər Nəimi Güney Azərbaycanın Xoy şəhərindən olan tanınmış milli-mədəni fəallardan və “Günəbaxan Dərnəyi”nin təsisçilərindən olub. Təəssüflə rejim dərnəyin fəaliyyətinə icazə verməyib və mədəni müəssisənin lisenziyası rejim tərəfindən ləğv edilib.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın