Çərşənbə axşamı , Aprel 16 2024
azfa

İrqçi fars rejim terrorçuluğuna bəraət qazandırmaq üçün Danimarkaya etiraz edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejim terrorçuluğuna bəraət qazandırmaq üçün Danimarkaya etiraz edib. Rejim noyabrın 1-də Danimarkanın Tehrandakı səfiri Danni Annan Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyə çağırılan səfirə etiraz notası təqdim olunub. İddia olunub ki, İran nə Danimarkada, nə də digər Avropa ölkələrində rəsmi Tehrana müxalif olan qüvvələrə qarşı terror aksiyası keçirməyib. Son vaxtlar Danimarka rəsmilərinin İran haqqında səsləndirdikləri fikirlər həqiqəti əks etdirmir.

Rəsmi Tehran iddia edir ki, İran rejiminə qarşı mübarizə aparan adamlara qarşı terror aksiyası hazırlanması iddiası ilə çıxış edənlərin məqsədi Avropa dövlətləri ilə İranın münasibətlərini pozmaqdan ibarətdir. ABŞ-ın “nüvə razılaşmasından” birtərəfli qaydada çıxması və Avropa dövlətlərinin buna etiraz etməsindən sonra İrana qarşı yeni iddiaların irəli sürülməsi və iranlı diplomatların yalan ittihamlar ilə həbs edilməsi təsadüfi xarakter daşımır. Məqsəd ondan ibarətdir ki, “nüvə razılaşmasına” sadiq qalan Avropa dövlətləri öz yollarından dönsün və İran tam olaraq təcrid vəziyyətinə düşsün.

Xatırladaq ki, iyul ayında işğalçı və irqçi fars rejimin 3 diplomatı Almaniyada həbs edilərək Danimarkaya ekstradisiya edilib. Diplomatlar Danimarka və Fransada yaşayan və İran rejiminə qarşı mübarizə aparan müxalifətçilərə qarşı terror aksiyası hazırlamaqda ittiham edilirlər.

 

Həmçinin yoxlayın

İsrail ordusunun Baş Qərargah rəisi: İranın raket və dron hücumuna cavab qətidir

GADTB: Bazar ertəsi İsrail ordusunun yüksək rütbəli komandiri ölkənin cənubunda yerləşən Nəvatim Hərbi Hava Bazasında …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiyadan Qarabağ açıqlaması: Sülhməramlılar çıxarılır?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Bir cavab yazın