Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejim uranın normadan artıq zənginləşdirməsinə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim nüvə sazişi ilə nəzərdə tutulmuş 3.67 faizdən daha yuxarı səviyyədə uranın zənginləşdirilməsinə başlandığını açıqlayıb.

Bu barədə rejimin Xarici İşlər naziri Abbas Arakçi açıqlama verib.

İran tərəfi uranın zənginləşdirilməsini ölkənin elektrik stansiyalarının tələbatını ödəyəcək həcmdə yüksəldəcək.

Arakçinin sözlərinə görə, sözügedən qərar ABŞ-ın birtərəfli qaydada müqaviləni tərk etməsindən sonra yaranan mənfi nəticələrin aradan qaldırılması üçün müqavilənin avropalı iştirakçılarına verilən 60 günlük müddətin bitməsi ilə əlaqədar qəbul edilib. ABŞ isə rejimin nüvə müqaviləsində çıxmasının mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın