İrqçi fars rejimi rəsmilərinin Avropada kürd terrorçuları ilə görüşü nə vəd edir?

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi rəsmilərinin terrorçu İran Kürdüstanına mənsub dörd əsas terror təşkilatı təmsilçiləri ilə görüşlər keçirdiyi bildirilir.

Bu barədə İranın kürd terror təşkilatlarına yaxın jurnalistlərin bir neçə gündür yaydıqları xəbərləri Kürdüstan Əməkçilərinin Komele Partiyasının başqanı Ömər İlxanizadə təsdiq edib.

Yayılan xəbərlərə əsasən, “İran Kürdüstanı Demokrat Partiyası”, “Kürdüstan Demokrat Partiyası”, “İran Kürdüstanı Komele Partiyası” və “Kürdüstan Əməkçilərinin Komele Partiyası” terror təşkilatlarına mənsub təmsilçilər Avropada irqçi rejimin təmsilçiləri ilə toplantılar keçiriblər.

Almaniyanın yayım şirkəti DW-nin fars xidmətinə danışan Ömər İlxanizadə görüşlərin Norveç Münaqişələrin Həlli Mərkəzinin (NOREF) vasitəçiliyi ilə həyata keçirildiyini bildirib.

Bəzi mənbələrin bildirdiyinə görə, görüşlərin biri İran xarici işlər nazirliyinin təmsilçiləri, İslam Respublikasının ali ruhani liderinin təmsilçiləri və dörd partiyanın liderlərinin iştirakı ilə keçirilib.

Tərkibində silahlı birləşmələrin də mövcud olduğu İran kürdlərinə mənsub dörd əsas partiyanın mərkəzi qərargahları İraqın Kürdüstan regionunda yerləşir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın