İrqçi fars rejimi sanksiyalara görə neftin başqa malla barterinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin parlamentində neft məhsullarının digər məhsullarla barteri məsələsinə nəzarət edəcək xüsusi komitə yaradılıb. Bunu jurnalistlərə açıqlamasında irqçi fars rejimin parlamentinin deputatı Əsədulla Karexani deyib.

Onun sözlərinə görə, bu addım İrana ABŞ sanksiyalarının öhdəsindən gəlməyə imkan verəcək:

“İran nefti müəyyən məhsullar qarşılığında veriləcək ki, bu da ABŞ-ın İranın neft ixracının azaldılmasının qarşısını alacaq. Biz bank problemləri ucbatından dollar və avrodan istifadə edə bilmərik. Ona görə də Hindistan, Çin və Cənubi Koreya kimi neft idxal edən ölkələrdən məhsul idxalını həyata keçirəcəyik”.

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın