Cümə axşamı , Mart 28 2024
azfa

İrqçi fars rejimin Antiazərbaycan təhsil naziri erməni dilində erməniləri təbrik etid-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin Antiazərbaycan təhsil naziri Məhəmməd Bəthai 2019-cu ilin gəlişi münasibətilə öz Twitter səhifəsində erməni dilində erməniləri təbrik etid. Halbuki, milad bayramı və yeni il ermənilərə xas deyil və bütün dünyada ilin dəyişməsi kimi qeyd edilir.

Xatırladaq ki, rejimin həmin şovinist və antitürk təhsil naziri Güney Azərbaycanda Azərbaycan türkcəsini təhlükə adlandırıb, fars dilini isə rejimin qırmızı xətti adlandırmışdır. İndi türkün düşməni olan və ölkədə bir o qədər nüfusu da malik olmayan erməniləri Twitter səhifəsində erməni dilində təbrik edib. Bu isə əsil Antiazərbaycan və antitürk mövqedən irəli gəlir.

İşğalçı fars rejimin daxilində olan bu təzadlar da sözsüz ki, Azərbaycan və türklərlə onların düşmənçiliyindən irəli gəlir. Halbuki, onlar öz varlıqlarını, dillərini və hətta sahib çıxdıqları ölkəni belə türklərə borcludurlar.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın