Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejimin hakimiyyətində Urmiyanın yerli azərbaycanlıları mühacir kürdlər tərəfindən ayrıseçkiliyə məruz qalır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin hakimiyyəti altında artıq Urmiyanın yerli azərbaycanlıları öz şəhərlərində mühacir kürdlər tərəfindən ayrıseçkiliyə və zülmə məruz qalırlar.

Xəbər verdiyimiz kimi Qərbi Azərbaycanda Təcili Tibbi Yardım Mərkəzi azərbaycanlı vətəndaşı Azərbaycan türkcəsində danışdığına görə təcili yardım maşınından endirərək,  onu xəstəxanaya çatdırmaqdan imtina etmişdir. Artıq məlum olub ki, həmin təcili yardım işçisi mühacir kürd olub.

İrqçi fars rejimin hakimiyyəti altında fəaliyyət göstərən Təcili Tibbi Yardım Mərkəzi bəyanat verərək, mühacir işçisinin irqçi yanaşması və yol qəzasında xəsarət alan xəstənin təcili yardım maşınından endirilməsinə haqq qazandırılıb.

Təcili Tibbi Yardım Mərkəzi işçini cəzalandırmaq yerinə onun irqçi və qanunsuz hərəkətini müdafiə edərək xəstəni şərləyərək söyüş söymək və qarşı tərəfi təhrik etməkdə günahlandırıb.

Təcili Tibbi Yardım Mərkəzinin bəyanatında yaralı xəstənin “Azərbaycan türkcəsində danışmaq eybdirmi?” sualını soruşması qarşı tərəfi təhrik etmək kimi qiymətləndirilib. Lakin mühacir işçinin irqçi və qanunsuz hərəkəti ört-basır edilir.

Həmiçinin baş verən hadisənin video və xəbərini yayanlar da təhdid edilərək vurğulanıb ki, vidfeonu yayanlar qanun qarşısında cavab verməli olacaq.

Göründüyü kimi artıq irqçi fars rejimin diktəsi ilə zülmə məruz qalmış yerli azərbaycanlılar mühacirlərin ayağı altına verilir.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın