Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejimin himayəsilə Azərbaycana köçürülən mühacir kürdlər Azərbaycana qarşı düşmənə çevriliblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi irqçi fars rejimin himayəsilə Güney Azərbaycanın qərb bölgəsinə köçürülən kürdlər bir neçə Azərbaycan şəhərini tam və ya müəyyən dərəcədə kürdləşdirmiş və artıq yerli əhaliyə qarşı düşmənçilik edib Azərbaycanın böyük bir hissəsinə ərazi iddiasına başlayıblar.

Azərbaycan millətinin çörəyini yeyib, ərazisində məskunlaşan kürdlər artıq Azərbaycan mədəniyyətinə qarşı da düşmənə çevriliblər. 2019-cu il mayın 4-də Urmiya Şəhər Şurasının 4 kürd üzv Gül festivalında Azərbaycan rəqsi nümayiş etdirildiyi üçün iclası tərk ediblər.

Adil Fəttahi, Əbdulrəhman Nəqşin, Məhəmməd Xalid Hatəmi və Məsud Paki festivalda Azərbaycan mədəniyyətinə aid proqramın həyata keçirilşməsinə etiraz olaraq iclası tərk ediblər.

Qeyd edək ki, Urmiya Şəhər Şurasının 11 üzvü vardır. Onlardan 7 nəfəri türk, 4 nəfəri isə kürddür. Şənbə günü keçirilən iclasda kürd üzvlərdən əlavə, daha iki üzvün də olmadığı üçün iclas baş tutmayıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın