Cümə axşamı , Aprel 25 2024
azfa

İrqçi fars rejimin köməyi ilə İraqda etirazçıların qətliamı 50 nəfərə yaxınlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təşkil etdiyi terrorçu Həşdişəbi qrupunun iştirakı ilə İraqda etirazçıların qətliamı 50 nəfərə yaxınlaşır.

Artıq etiraz aksiyalarında ölənlərin sayı 44-ə çatıb. Bağdadda fövqəladə vəziyyət elan olunmasına rəğmən, etiraz aksiyaları hələ də davam edir.

Aksiyaları dayandırmağa çalışan Baş nazir Adil Əbdülmehdi ictimai mülkiyyətə zərər verən və vəzifəsindən sui-istifadədə adı hallanan bir məmuru vəzifəsindən uzaqlaşdırıb.

İraqda çərşənbə axşamı günü başlanan etiraz aksiyalarını nəzarətdə saxlamaq gün keçdikcə çətinləşir.

paytaxt Bağdad ilə ölkənin cənub şəhərlərində vəzifədən sui-istifadə, işsizlik və ictimai xidmətlərin çatışmazlığına qarşı baş qaldıran aksiyalarda ölü sayı 30-a çatıb. Yüzlərlə yaralı var.

Bağdadın Əl-Halani və Əndəlüs meydanları başda olmaqla, bir çox məkanlarda təşkil edilən aksiyalara təhlükəsizlik qüvvələrinin müdaxilə etməməsi üçün qadınlar da qatılıb. Buna rəğmən, polis etirazçıları dağıtmaq üçün gerçək mərmi və gözyaşardıcı qazdan istifadə edib.

Ölkənin cənubundakı Kərbəla, Meysan, Bəsrə, Zikar, Divaniyə, Nəcəfdə yeni aksiyalar təşkil olunub. Zikar vilayətində polislər 6 etirazçını öldürüb. Bundan hiddətlənən aksiyaçılar Zikar Vilayət Məclisinin binasını yandırıb.

İraqın Baş naziri Adil Əbdülmehdi səhər saat 5-də Bağdadda küçəyə çıxmaq qadağasını elan edib. Qadağaya rəğmən, paytaxtda silah səsləri eşidilib.

Aksiyalar başa çatmadığı üçün sosial mediaya giriş məhdudlaşdırılıb.

İran hökuməti Kirmanşah əyalətinə bağlı Hüsrəvi və Xuzistan əyalətində yerləşən İraqla sərhəd qapılarını bağlayıb.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın