Cümə axşamı , Dekabr 12 2019
azfa

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəal Yusif Karini zaminə buraxmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Yusif Karinin zaminə buraxılmasına mane olub.

Rejimin məhkəməsinin hakim Nonəhal azərbaycanlı fəalın sərbəst buraxılması üçün təyin etdiyi mülki vəsiqənin məbləğini dəfələrlə dəyişdiyi üçün Yusif Karinin ailəsi onun zaminə buraxılması üçün çətinliyə düşüblər.

Azərbaycanlı fəalın ailəsi son dəfə təyin olunan 50 milyon tümənlik mülki vəsiqəni hazırlayıblar. Lakin hakim onlara deyib ki, “Yusif Karinin zaminə buraxılması üçün təyin olunan vəsiqənin məbləği 300 milyon tümənədək artırılıb. Bu məbləğ həm də nağd pul kimi məhkəmə sisteminin bank hesabına yatırılmalıdır.”

Beləliklə, rejim azərbaycanlı fəal Yusif Karini zaminə buraxılmasına maneçilik törədib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Yusif Kari semtyabrın 3-də Ərdəbildə irqçi fars rejimin təhlükəsizlik orqanları tərəfindən yaxalanmış və bir neçə gün saxlandıqdan sonra rejim tərəfindən şərlənərək, “Sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunub. Fəal daha sonra sentyabrın 8-də Ərdəbildə yerləşən rejimin zindanının müvəqqəti saxlanma təxridxanasına köçürülüb. Azərbaycanlı fəalın Babək qalası və Savalan dağı mərasimlərində bildir yaxalandığı və bir müddət sonra sərbəst buraxıldığı qeyd edilir.

Həmçinin yoxlayın

Tikantəpədən olan yarasız millət vəkili Humayun Haşiminin oturacağına öyrəncilər kartof qoydu – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərindən olan üzdən iraq …

Türkiyə sanksiya tətbiq edilərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlaya biləcəyini deyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir