Cümə axşamı , Aprel 18 2024
azfa

İrqçi fars rejimin məmurları Təbrizdə türk dili müəllimini döyərək yaxaladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları oktyabrın 11-də azərbaycanlı milli-mədəni fəal, xəttatlıq və Türkiyə türkcəsi müəllimi, Ərkin Savaş ləğəbli Səməd Zakirini döyərək yaxalayıblar. Bu məqsədlə rejimin məmurları Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhərində fəaliyyət göstərən dil kursuna qəfil hücum edərək, təhqiramiz sözlərə və ağır bədən xəsarəti yetirməklə azərbaycanlı fəalı yaxalayıblar.
Təbriz sakini olan azərbaycanlı fəal yaxalandıqdan sonra ona məxsus bütün kitablar, qiymətli metal fırçalar və şəxsi əşyalar müsadirə olunub.
Qeyd edək ki, həmi azərbaycanlı fəal Armin Sadeqinin dayısı oğludur. Günahsız yeniyetmə Armin Sadiqi təxminən 10 il əvvəl irqçi fars rejimin polis qüvvələrin tərəfindən Təbrizin 17 Şəhrivər küçəsində uca səslə Azərbaycan musiqisinə qulaq asdığı üçün atəşə tutulmuşdu.
Azərbaycanlı fəal Səməd Zakiri bundan bir neçə il əvvəl də miili-mədəni fəaliyyətləri, o cümlədən latın əlifbası ilə türk dilinin xəttatlıq tədrisi, türk dilini öyrətmək və Türkiyədə təhsil almaq istəyən tələbələrə türk dilini tədris etdiyi üçün davamlı təhdidlərə məruz qalmışdı.
Səməd Zakeri həmçinin başından aldığı güllə yarası səbəbindən hazırda əqli cəhətdən əlil olan bibisi oğlu Armin Sadiqinin atışı tutulma məsələsini araşdırdığı üçün ailəsi ilə birlikdə dəfələrlə ölümlə hədələnib.

Həmçinin yoxlayın

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Kürd terrorçuları Urmiyada “Yaşasın Azərbaycan!” deyən azərbaycanlı gəncə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya şəhərində futzal oyunları üzrə keçirilən Ramazan Kuboku …

Bir cavab yazın