Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejimin məmurları azərbaycanlı fəal Hamid Allahverdipuru yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı fəal Hamid Allahverdipuru çıxardıqları qanunsuz həbs qərarının icrası ilə bağlı yaxaladı.

Azərbaycanlı fəal dünən may ayının 4-də rejimin Təbrizdə yerləşən məhkəmə qərarlarını icra edən idarəsinin məmurları tərəfindən yaxalanmışdır.

Qeyd edək ki, azərbaycanlı fəal Hamid Allahverdipur irqçi fars rejimin televiziyasının Fetilə proqramında Azərbaycan türklərinin təhqir olunmasına etiraz etdiyi üçün şərlənərək, “sistemin təhlükəsizliyinə qarşı toplaşma” və “sistem əleyhinə təbliğ”də ittiham edilmişdir. Bu saxta ittihamlarla rejim azərbaycanlı fəala 7 ay həbs qərarı çıxarıb.

Qeyd edək ki, azərbaycanlı fəal Hamid Allahverdipur 2018-ci ilin noyabr ayında rejimin televiziyasının Fetilə proqramında Azərbaycan türklərinin təhqir olunmasına etiraz olaraq keçirilən mitinqdə iştirak edib və yaxalanmışdır.

Həmin mitinqdə bir çox azərbaycanlı fəal, o cümlədən Əkbər Əbulzadə, İbrahim Nuri, Saleh Mollaabbasi, Hamid Allahverdipur, Süleyman Kazimi, İsrafil Fətullazadə, Murtəza Şükri və s. Yaxalanmışdır.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın