Cümə axşamı , Aprel 25 2024
azfa

İrqçi fars rejimin məmurları Qaşqay türklərini Təbrizin səhənd stadionuna buraxmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci dekabrın 14-də Təbrizdə Traxtur futbol komandası ilə Xuzistanın Fulad komandası arasında keçirilən yarışa Tiraxtur komandasının Qaşqay tərəfdarları da qatılmaq istəyiblər.

İşğalçı fars rejimin məmurları milli geyimlə stadiona daxil olmaq istəyən 3 Qaşqay türkünü içəri buraxmayıb.

Rejimin bu irqçi və qeyri-insani hərəkətinin ilk dəfədir bu səviyyəyə çatdığı müşahidə olunur. Öz geyiminə görə bir xalqın adi yarışı izləməkdən məhrum edilməsi isə irqçiliyin görünməmiş səviyyəsi deməkdir. Rejimin bu irqçi və iyrənc addımı ilə türklər arasında olan həmrəylik və birliyə xələl gətirməyi qarşıya qoyduğu müşahidə edilir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın