Çərşənbə axşamı , Aprel 23 2024
azfa

İrqçi fars rejimin müstəmləkə siyasəti nəticəsində Qərbi Azərbaycanda yoxsulluq pik həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində Qərbi Azərbaycan vilayətində yoxsulluq pik həddə çatıb.

Güney Azərbaycanın bütün vilayətlərində olduğu kimi, Qərbi Azərbaycan vilayətində də yoxsulluq pik həddə çatıb və statistikalarda da bu öz əksini tapır. Bu barədə yayılan statistika Məclis Araşdırmalar Mərkəzinin “İranda yoxsulluq həddi 1395-ci ildə (hazırda hicri-şəmsi təqvimi ilə 1398-ci ildir)” adı altında elan olunan hesabatdan götürülüb və rəqəmlərə əsasən  hesablanıb.

Həmin statistikaya görə 3 ölkə ilə həmsərhəd olan Qərbi Azərbaycan vilayətində 5 nəfərdən biri aclıq içindədir.

Vilayətdə 643 min nəfərdən ibarət olan 175 min ailə mütləq yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, onların gəliri lazım olan qida məhsullarını əldə etməyə imkan vermir.

1396-cı (2017-2018) ilin məşğulluq göstəricisinə əsasən Qərbi Azərbaycanda işsizlik səviyyəsi ölkənin orta hesabından 2.3 faiz yüksəkdir. Bu məsələ bölgənin gün keçdikcə daha da yoxsullaşmasına şərait yaradır.

Qərbi Azərbaycanda yoxsulların 85 faizdən çoxu şəhərlərdə yaşayır, Araşdırmalar Mərkəzinin hesablamasına görə, onların sayı 547 min nəfərdən çoxdur. Bu rəqəm şəhərlərdə yaşayan əhalinin sayı ilə müqayisədə 4 nəfərdən birinin mütləq yoxsul vəziyyətdə olduğunu və gündəlik qida məhsullarını əldə etməyə qadir olmadığını göstərir.

Vilayətin kəndlərində yaşayan əhali şəhər əhalisinə nisbətən daha yaxşı vəziyyətdə olsa da, 96 min nəfərdən ibarət olan 26 min kəndli ailənin mütləq yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı məlum olub. Bu, əyalət kəndlərində yaşayan əhalinin təxminən 9 faizi deməkdir.

Qeyd edək ki, 1395-ci ildə şəhərlərdə bir nəfər üçün yoxsulluq həddi 410 min tümən, 4 nəfərlik ailə üçün 1 milyon 110 min tümən müəyyən edilib. Bu rəqəm kəndlərdə 4 nəfərlik bir ailə üçün 492 min tüməndən ibarət olub. Bu rəqəmlər ölkədəki yüksək inflyasiyanı da nəzərə alanda olduqca aşağı məbləğdir. Hesablamalar göstərir ki, yoxsulluq həddi üçün müəyyən edilən məbləğ əhalinin əksəriyyətinin gəlirindən daha çoxdur.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Bir cavab yazın