Cümə axşamı , Aprel 25 2024
azfa

İrqçi fars rejimin neft ixracı olduqca aşağı səviyyəyə düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo ASEAN ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib ki, iyun və iyulda ixrac edilən İran nefti sanksiyalar nəticəsində sutkada 500 min barrelə qədər aşağı düşüb.

Onun sözlərinə görə, bu, Ağ Evin siyasətinin effektivliyini sübuta yetirir:

“Sanksiyalara qədər İran sutkada 2,7 milyon barrel neft ixrac edib. İyun və iyul aylarında bu göstərici 500 min barreldən az olub. Biz bundan sonra da İrana sanksiya rejimini pozan dövlət və şirkətlərə qarşı məhdudiyyətləri davam etdirəcəyik”.

Qeyd edək ki, bundan öncə Beynəlxalq Energetika Agentliyi İranın neft ixracının may ayında sutkalıq 810 min barrelə düşdüyünü açıqlamışdı.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın