Cümə axşamı , Mart 28 2024
azfa

İrqçi fars rejimin nüvə proqramını aşkarlkayanlar təltif edildi

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu İranın gizli nüvə proqramı ilə bağlı arxivlərini ələ keçirən kəşfiyyatçıları təltif edib.

Təltifetmə mərasimi zamanı Netanyahu kəşfiyyatçıların Tehran əməliyyatı ilə bağlı yeni detalları da açıqlayıb.

“Biz Davosda Trampla görüşəndə öz adamlarımızı Tehranın “qəlbindəki” arxivlər üçün göndərəcəyimizi dedim. O, bunun təhlükəli olub-olmadığını soruşdu. Mən isə riskin qaçılmaz olduğunu, lakin nəticənin buna dəyəcəyini söylədim. Belə ki, mən arxivlərin əsaslarını Oval Ofisə təqdim edəndə söhbətin nədən getdiyini anladım”, – Netanyahu bildirib.

İsrail rəsmisi əlavə edib ki, bu sənədlər Trampın İranla nüvə razılaşmasından çıxması ilə bağlı qətiyyətini gücləndirdi.

Qeyd edək ki, ötən il B.Netanyahu MOSSAD kəşfiyatçılarının İranın gizli nüvə proqramı ilə bağlı yarım tonluq arxiv sənədləri ələ keçirdiyini bildirmişdi.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın