Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejimin nüvə stansiyasına İsrail hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın “Natanz” nüvə stansiyasının polad konstruksiyasının inşasında son günlərdə meydana gələn yanğını İsrail törədib.

İrqçi fars rerjim “hücum” və “sabotaj” iddialarını təkzib etsə də, ölkədə ardıcıl meydana gələn partlayışların son halqasını təşkil edən bu hadisə ilə bağlı qaneedici açıqlama verilməyib.

Son olaraq ABŞ-ın “New York Times” qəzeti adının açıqlanmasını istəməyən Yaxın Şərq kəşfiyyatçısına istinadən verdiyi xəbərdə nüvə stansiyasındakı qəzanın sabotaj olduğunu bildirib. Məlumatda partlayışın içəriyə yerləşdirilən partlayıcı cihazdan qaynaqlandığı vurğulanıb. Bununla yanaşı, olayın sənaye qəzası olma ehtimalı da vurğulanıb. Qərbin bəzi media orqanları iddianı bir addım irəliyə apararaq İsrailə bağlı bəzi qrupların olayı təşkil etdiyini yazıb.

İran Milli Təhlükəsizlik Ali Şurasının sözçüsü Keyvan Hüsrəvi obyektdəki “hadisənin” səbəbinin müəyyən edildiyini, ancaq “təhlükəsizlik səbəbi ilə uyğun vaxtda” elan ediləcəyini söyləyib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın