İrqçi fars rejimin Təbrizdə yaxaladığı Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdə təxminən 2 həftə öncə həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjaddan heç bir yoxdur. Bu isə fəalın ailəsi və yaxınlarının iddi nigaranlığına səbəb olmuşdur.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad iyulun 2-də Təbrizdə öz iş yerində rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

Rejimin ETTELAAT İdarəsinin məmurları fəalı yaxaladıqdan sonra onun qardaşı evinə hücum edərək məhkəmə hökmü olmadan evdə axtarış aparıb, Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartı məmurlar tərəfindən müsadirə edilmişdir.

Fəal yaxalandıqdan sonra qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürüldüyünü bildirmişdir. Fəalın ailəsinin cəhdlərinə baxmayaraq məhkəmə və təhlükəsizlik orqanları fəalın hansı səbəbdən yaxalandığı barədə hərhansı məlumat verməkdən imtina edir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın