GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu sepah qüvvələri Traxturun qəzvinli tərəfdarı Mehdi Həbibullahini oğurlayıb.
Məlumata görə, rejimin terrorçu sepah qüvvələri Təbrizdə Traxturla Peykanın yarışı başlanandan 2 saat əvvəl stadionda Güney Azərbaycanın Qəzvin şəhərindən olan azərbaycanlı tərəfdar Mehdi Həbibullahini yaxalayaraq, oğurlayıb və aparmışlar.
Fəalın ailəsinin bildirdiyinə görə, Mehdi Həbibullahi rejimin terrorçu qüvvələri tərəfindən oğurlanandan sonra ondan heç bir məlumat yoxdur və harada saxlandığı barədə də heç bir məlumat verilmir.