Cümə , Aprel 19 2024
azfa

İrqçilərin heykəlinin yıxıldığı günlərdə irqçi şair Firdovsinin heykəli Makıdan götürüldü- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Corc Floyd hadisəsindən sonra dünyada irqçilərin heykəlləri yıxıldığı bir zamanda Güney Azərbaycanın Makı şəhərinin “Həftə Fələkəsi” adlı meydanında ucaldılan irqçi fars şairi Əbülqasım Firdovsinin heykəli götürülüb.

Hələlik heykəlin daimi və ya müvəqqəti götürüldüyü bilinmir. İrqçilik simvolu olan heykəlin Makı şəhər Şurası tərəfindən götürüldüyü ehtimal edilir.

Qeyd edək ki, son həftələrdə Corc Floydun ölümündən sonra ABŞ-da və Avropada irqçiliyə qarşı etiraz aksiyaları başlayıb və irqçi şəxslərin heykəlləri aşırılıb.

Bundan öncə isə 2015-ci ildə Qərbi Azərbaycanın Salmas şəhərində də Firdovsinin heykəli götürülmüşdü. Lakin bu bəyənilən hadisə irqçi fars rejimin etirazı ilə qarşılaşmışdı. Bir müddət öncə isə Güney Azərbaycan Qəzvin şəhərində Firdovsinin heykəli dağıdılmışdı.

Dünyada irqçiliyə etirazların keçirildiyi dövrdə irqçi şair Firovsinin heykəli Makıdan götürülüb

Publicerat av Ali Huseyn Torsdag 2 juli 2020

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın