Cümə axşamı , Aprel 25 2024
azfa

İrticaçı fars rejim XXI əsrdə Azərbaycan türkcəsində kitabları yandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irticaçı və irqçi fars rejim XXI əsrdə Azərbaycan türkcəsində kitabları yandırmaqla mədəniyyətə qarşı olduğunu və irqçi, eləcə də irticaçı sifətini bira daha nümayiş etdirdi.

Rejimin İslami İrşad İdarəsi Azərbaycan türkcəsində çap edilən satirik “Tülkü həccə gedir” kitabın bütün nüsxələrini yığışdıraraq yandırıb.

Abdulla Şayeqin əsəri olan kitab uşaq oxucular üçün nəzərdə tutulmuşdur.

Həmin kitab, rejimin İslami İrşad Baş İdarəsinin icazəsi ilə nəşr olunmuşdur. Lakin rejimin həmin idarəsininnin Qərbi Azərbaycan şöbəsi kitabları Azərbaycanın bütün kitab mağazalarından toplayaraq yandırıb.

Bu mədəniyyətə qarşı olan irticaçı hərəkətə isə Güney Azərbaycanda sosial şəbəkələrdə fəallar ciddi etiraz etmişlər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın