Cümə , Aprel 19 2024
azfa

İşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın Araz çayına zavodların tullantılarını buraxmaqla Araz çayı və ətraf ərazilərdə ekoloji fəlakətə səbəb olub.

Yayılan  video və şəkillərdən də göründüyü kimi Araz çayının suyunun yaşıl rəng aldığı bildirilir.

İrqçi fars rejimin Xudafərinə təyin etdiyi icra hakimi Əli Əmir-Rad məsələni ört-basdır etməyə çalışıb.

Rejimin Muğan bölgəsinin Parsabad şəhərinə təyin etdiyi icra hakimi də Ermənistanın kimyəvi tullantılarının Araza axıtdığı barədə deyilənləri ört-basdır etməyə çalışıb.

Qeyd edək ki, iki il əvvəl Araz çayında kütləvi şəkildə balıqların ölməsindən sonra da Ermçənistanın üvnanına ittihamlar səsləndirilmişdi. Şərqi Azərbaycan vilayətinin ətraf mühit direktoru da məsələni ört-basdır etməyə çalışaraq, balıqların ölümünün başqa səbəbdən öldüyünü iddia etmişdi.

İranın Energetika Nazirliyinin Çaylar və Müştərək su Qaynaqları Bürosunun baş direktoru Cabbar Vətənfəda iki il öncə Araz çayının suyunda tədqiqatlar nəticəsində ağır metalların olduğunu bildirmişdi.

16-cı Milli Hidrolik konfransında danışan Vətənfəda İran və Ermənistan sərhədində və Ermənistan ərazisində bir neçə mis mədəni və fabrik olduğunu və bu fabriklərin tullantılarının bir qisminin Araz çayına axıdıldığını bildirmişdi.

Biləsuvar və Parsabad rayonlarının İran parlamentindəki millət vəkili Şəkur Purhüseyn 3 il öncə bölgədə xərçəng xəstəliyin çoxalmasının səbəbini Ermənistan sənayesinin kimyəvi tullantılarını Araz çayına axıtması nəticəsində baş verdiyini bildirmişdi.

O demişdir: “Təəccüblənirəm ki, aylarca mediada bu haqda xəbərdarlıqlar edilməsinə baxmayaraq, hökümət bu mövzünün həlli üçün heç bir addım atmayıb. Biz istəyirik ki, hökümət Ermənistanın öhdəlik qəbul etməsi üçün ciddi addımlar atsın”.

Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Araşdırma və Tədris Mərkəzinin müdiri Əhməd Baybordi noyabrın 13-də Twitter hesabında tədqiqatlar nəticəsində Araz çayının suyunda Ermənistandan qaynaqlanan çirkab sularından dolayı alüminiumun yüksək konsentrasiyasının müəyyən edildiyini bildirib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın